Portuqaliya ilə oyun öncəsi Mərakeşdə itki


İdman 17 İyn 2018 16:26:00 277 0

Portuqaliya ilə oyun öncəsi Mərakeşdə itki

Watford və Mərakeş millisinin yarımmüdafiəçisi Nodrin Amrabat dünya çempionatının qrup mərhələsində komandasının Portuqaliyaya qarşı matçını buraxmalı olacaq. Goal.az xəbər verir ki, 31 yaşlı havbek İranla ilk oyunda başından zədə alıb. Həmin gecəni xəstəxanada keçirən futbolçu daha sonra millinin bazasına qayıdıb. Amma aldığı zədə onun 1 həftə meydana çıxmasına mane olacaq.

Portuqaliya - Mərakeş qarşılaşması iyunun 20-si baş tutacaq. Afrika təmsilçisi qrup mərhələsində son oyununu İspaniya ilə 25 iyunda keçirəcək.