Mourinyo: "Proqnozlarımın əksinə İslandiya qrupdan çıxa bilər"


İdman 17 İyn 2018 15:40:00 325 0

Mourinyo: "Proqnozlarımın əksinə İslandiya qrupdan çıxa bilər"

Manchester United-in baş məşqçisi Joze Mourinyo ötən gün baş tutan Argentina - İslandiya oyunu barədə danışıb. Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəsis İspaniya mətbuatına açıqlamasında bunları deyib:

"İslandiya xüsusi ölkədir. Mən hesab edirəm ki, komandaları çox rahatdır və təzyiq hiss etmirlər. Onlar sadəcə mundialda iştirakları üçün xoşbəxtdirlər və ölkələrini təmsil etmələri ilə fəxr edirlər.

İslandiya öz cərimə meydançasında hətta on nəfərlə müdafiə olunsa belə, heç kim bu komandanı tənqid etməməlidir. Onlar üçün istənilən nəticə uğurdur. Əgər qalib gəlsələr, vətənlərinə qəhrəman kimi dönəcəklər. Bu, futbolda əsl ruh deməkdir. Hesab edirəm ki, mənim proqnozlarımın əksinə olaraq, islandlar qrupdan çıxa bilər. Onların qrupdan çıxmayacağını söyləmişdim. Argentinaya gəlincə, bundan sonrakı matçlarda qalib gəlməlidir.

Mourinyo Messinin penalti zərbəsini qola çevirə bilməməsinə də toxunub.

"Bu uğursuzluq ona mənfi təsir etdi. Messi sonra da qol vurmağa cəhd göstərdi. Amma alınmadı. Əsasən ona qarşı üç futbolçu oynayırdı. Amma onun tək müdafiəçi ilə qaldığı məqamlar da olurdu".