Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb
Dünya 17 İyn 2018 15:19:37 261 0
Hadisəni iki terrorçu kamikadze törədib
Nigeriyanın şimal-şərqində baş verən iki partlayış nəticəsində azı 31 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə yerli məmur və xalq könüllülərinin lideri Babakuru Koloya istinadən "Franc Press" məlumat yayıb.
Onun sözlərinə görə, hadisə gecə saatlarında Damboa şəhərində baş verib. Şəhər iki kamikadzenin hücumu və tank əleyhinə qumbaraların partladılması nəticəsində 31 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Agentliyin məlumatına görə, hücum ölkədə fəaliyyət göstərən radikal "Boko haram" qruplaşmasının yaraqlıları tərəfindən törədilə bilər.
Mənbə: report.az