Bələdiyyə torpaqlarının alqısatqısı proseduruna dair


Digərləri 17 İyn 2018 14:50:00 355 0

Bələdiyyə torpaqlarının alqısatqısı proseduruna dair

Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə" qərarında əksini tapıb.

Beləliklə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna əsasən bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən  fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpaqlarının əldə edilməsinə dair alqı-satqı müqavilələri notariat qaydasında təsdiq edilərkən, müqavilədə əldə edən şəxsin həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməməsi qeyd edilməlidir. Notarius əmlakın nisyə alqı-satqısı haqqında müqaviləni təsdiq edərkən, müqavilədə əmlakın satış qiyməti tam göstərilir. Müqavilədə ödəniş müddətləri (günlər, aylar, illər üzrə) müəyyən edilir və alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu müddətdə ödəyir.  Müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir.