Almaniya və Avstriya arasında casus böhranı...


Digərləri 17 İyn 2018 14:59:00 238 0

Almaniya və Avstriya arasında casus böhranı...

Avstriya prezidenti Aleksander Van der Bellen baş naziri Sebastian Kurzla birlikdə təşkil etdiyi mətbuat konfransında Almaniya hökümətindən Alman Federal Kəşfiyyat Servisinin ölkəsində müxtəlif şəxslərə qarşı casus fəaliyyəti barədə iddialara aydınlıq gətirməyi tələb edib.   Son.az qaynarinfo-ya istinadən bildirir ki,prezident açıqlamasında bildirib: "Dost ölkələr arasında casusluq fəaliyyəti qeyri-normal, arzu edilməyən və qəbul edilməz bir şeydir. Alman höküməti məsələyə şəffaf formada aydınlıq gətirməlidir".   İddiaya görə, Almaniya 1999-2006-cı illərdə 2 min şəxs və ya quruma aid telefon, elektron poçt və s. kommunikasiya vasitələrini izləyib. Alman kəşfiyyatı bu illərdə nazirlər, xarici ölkələrin Avstriyadakı nümayəndələri, beynəlxalq firmalar, İslam təşkilatları, silah tacirlərini izləyib.   Sebastian Kurz isə oxşar iddianın birinci dəfə gündəmə gəlmədiyini, 2014-cü ildə də oxşar situasiyanın baş verdiyini dilə gətirib.