Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna


Digərləri 17 İyn 2018 14:04:00 247 0

Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna

Son dövrlər bəzi şərq ölkələri, o cümlədən, Hindistan, Banqladeş, Çin, Nepal vətəndaşlarının yüksək məvacibli iş vədi ilə aldadılaraq Azərbaycana göndərilməsi halları kəskin artıb. Fırıldaqçıların toruna düşən və sonradan  öz ölkələrinə qayıda bilməyən bu şəxslər Azərbaycanda qanunsuz miqranta çevrilirlər. Dövlət Miqrasiya Xidməti vaxtaşırı olaraq onlarla, hətta yüzlərlə pakistanlının, banqladeşlinin saxlanılması və müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı məlumatlar yayır. Onların bir qismi deportasiya edilir, bir qismi isə Azərbaycandan sığınacaq almaq üçün müraciət edir.

Əlbəttə, miqrant düşərgələri dedikdə ağla ilk növbədə çoxlu sayda və müxtəlif millətlərdən olan insanların qapalı şəraitdə saxlanıldığı, yaşayış şəraitinin ağır olduğu məkanlar gəlir. Avropaya Suriyadan, Liviyadan və Afrikanın digər ölkələrindən qaçqın axını zamanı öz vətənlərini tərk edib daha rahat həyat xəyalı ilə başqa ölkələrə axın edənlərin hansı ağır şəraitdə saxlanıldıqları, kəskin antisanitariyanın hökm sürdüyü düşərgələr barədə xəbərlər hər gün beynəlxalq medianın mövzusu idi.

Bu baxımdan Avropa miqyasında olmasa da son illər yoxsul banqladeşlilərin, pakistanlıların hindistanlıların axınına məruz qalan Azərbaycanda qeyri-leqal miqrantların hansı şəraitdə saxlanıldıqları da maraq doğurur. Habelə həmin insanların həyat hekayələrini dinləmək, onları Azərbaycana üz tutmağa vadar edən səbəblər barədə eşitmək də maraqlıdır.

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyində son dəyişikliklərə qədər Azərbaycanda miqrantların saxlanıldığı mərkəzə jurnalistlərin daxil olması mümkün deyildi.

Son.az virtualaz.org-a istinadən bildirir ki,   bir neçə dəfə bu mərkəzdən reportaj hazırlamaq üçün xidmətə müraciət olunsa da, orada müraciət narahatlıq və şübhə ilə qarşılamışdılar, reportaj üçün şərait yaratmamışdılar. Görünür bu da təsadüfi deyildi-Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbərliyinin nə dərəcədə korrupsiyalaşdığı barədə mətbuat çoxdan yazırdı və onlar üçün gizlətməli çox şeylər ola bilərdi.

İndi isə belə görünür ki, yeni rəhbərlik mətbuata daha açıqdır və miqrantların saxlanıldığı mərkəzdən reportaj hazırlamaq barədə təkrar müraciətimiz Xidmətdə müsbət cavablandırıldı. Və Kürdəxanıda yerləşən bu mərkəzə yollandıq.

Mərkəzdə gözlədiyimizdən fərqli olaraq, xüsusi sərt rejim hökm sürmür. Məlum olur ki, bura qapalı yer deyil, yəni miqrantlar mərkəzə könüllü yerləşdiriliblər və istədikləri vaxt buradan çıxa və qayıda bilərlər.

2012-ci ildə tikilmiş bina 120 miqrantı saxlamaq üçün nəzərdə tutulsa da hazırda orada bundan dəfələrlə az-cəmi 36  miqrant qalır. Əvvəllər sıxlıq olsa da qanunsuz miqrantların çoxu ölkələrinə deportasiya edilib.

Amma mərkəzin rəisi Taleh İbrahimovun sözlərinə görə, düşərgədə qalanların sayı az qala hər saat dəyişir. Mərkəzdə ailəli və subay miqrantlar üçün fərqli korpuslar ayrılıb.

"İstəyirəm oğlanlarım Azərbaycan ordusunda xidmət etsinlər"

Mərkəzdə Pakistandan olan qaçqın ailə ilə söhbətləşirik. 7 aydır burada Azərbaycanda olan ailə xidmətə qaçqın  statusu almaq üçün müraciət edib. Fotoşəkillərini yaymaq və adlarını çəkmək qanuna zidd olduğuna görə, sadəcə söhbətlə kifayətlənirik. Həmsöhbətimiz Bakıya Kəşmirdən gəldiyini və 5 oğlu ilə bilikdə qaçqın statusu almaq istədiyini deyir. Beynəlxalq dillərdən heç birini bilmədiyinə görə, urdu dilini bilən tərcüməçi vasitəsilə danışırıq. Uzun-uzadı ölkəmizdən və saxlanma şəraitindən razılıq edir, arada azərbaycanca sözlər də işlədir: