Sehiçin Superliqa klubuna transferi niyə yubanır?


İdman 17 İyn 2018 13:30:00 297 0

Sehiçin Superliqa klubuna transferi niyə yubanır?

Mövsümün sonunda “Qarabağ”dan ayrılan İbrahim Şehiçin "Erzurumspor"la müqavilə imzalaması gecikir. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Mehmet Altıbarmaq transferin reallaşmasında yaranan yubanmanı qapıçının menecerləri ilə əlaqələndirib.

“Bir futbolçunun Türkiyədə 5 meneceri var. Şehiç və onu gətirən menecerlə anlaştık, hər şey qaydasındadır. Amma bosniyalı qapıçını komandamıza gətirmək istəyib, gətirə bilməyən menecerlər məsələni böyüdürlər. Bəlkə də indiyə qədər çoxdan müqavilə imzalayıb onu tətilə göndərəcəkdik. Həmin adamlara görə transfer hələ də baş tutmayıb”.

Şehiçin Türkiyə Superliqasına yenicə vəsiqə qazanmış Erzurumspor-la 2 illik müqavilə imzalaması gözlənilir.