Misirli qolkiperdən maraqlı addım


İdman 17 İyn 2018 12:51:00 269 0

Misirli qolkiperdən maraqlı addım

Misir millisinin qapıçısı Mohammed El Şanavi qeyri-adi addımı ilə yadda qalıb. Goal.az xəbər verir ki, əlcək ustası dünya çempionatıın qrup mərhələsində Uruqvayla oyununun ən yaxşısı mükafatından imtina edib. O, komandasının 0:1 hesabı ilə uduzduğu görüşdə "oyunun adamı" seçilsə də, mükafatı götürməməyə üstünlük verib. Buna onun dini baxışları səbəb olub. Mükafatın sponsoru spirtli içki istehsalçısı olduğundan misirli qapıçı bu qəniməti qəbul etməyib. Əl Şənavi Uruqvayla oyunda 90 dəqiqə meydanda olub və 4 seyvə imza atıb