Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”:


Digərləri 17 İyn 2018 12:49:00 233 0

Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”:

Moskvada Ərəstun Rüstəmov adlı azərbaycanlı intihara cəhd edib.

Son.az musavat.com-a istinadən bildirir ki, Rusiya paytaxtının "Dubrovka" metrostansiyası yaxınlığında eyni adlı bazarda xırda ticarətlə məşğul olan Ə.Rüstəmov futbol üzrə dünya çempiontının dünən keçirilən Argentina-İslandiya oyununa bukmeker kontorunda pul yatırıb.

Argentinanın qələbəsinə 100 min rubl (təxminən2850 manat) pul yatıran həmyerlimiz, oyunun heç-heçə bitməsindən sonra evdən çıxıb. Yaxınlıqdakı parkda özünə qəsd etmək istəsə də, həmyerliləri bunun qarşısını alıblar.