Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb


Dünya 17 İyn 2018 12:27:13 286 0

Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb

Onların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Kamboca şahzadəsi Norodom Ranarit və onun həyat yoldaşı Ouk Phalla bazar günü ölkənin cənub-qərb hissəsində yol qəzasına düşərək xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yerli polisin məlumatına görə, ər və arvadın avtomobili qarşıdan gələn maşınla toqquşub. Şahzadə və həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Norodom Ranarit ayaq və başından yüngül, həyat yoldaşı isə ciddi xəsarət alıb.