Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb


Dünya 17 İyn 2018 11:56:43 256 0

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb

Terror aktı zamanı 65 nəfər yaralanıb

Şənbə günü Əfqanıstanın şərq əyaləti Nanqarharda kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, daha 65 insan yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.

Bundan əvvəl Ramazan bayramı günü törədilən partlayış zamanı 26 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı bildirilirdi.

İŞİD terror təşkilatı partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb.