Balaca cadugərlər, uşaq ovu, yandırılan körpələr –


Digərləri 17 İyn 2018 11:34:00 314 0

Balaca cadugərlər, uşaq ovu, yandırılan körpələr –

Afrika bütün hüquqi dövlət quruluşlarına və qanunlarına baxmayaraq, ənənələrlə yaşayan qitədir və bu ənənələrin çoxəsrlik tarixi var. XXI əsr olmasına baxmayaraq, "Qara Qitə"nin qara magiyaya inamı tükənmir. Cadugərlik və qətllərin baş verdiyi ayinlər qitədə geniş yayılıb. Nə qədər qəddar və qəribə görünsə də, Afrika uşaqları şamanların (dini təriqət lideri) və cadügərlərin qurbanına çevrilir. Və bütün bunlar valideynlərinin razılığı əsasında baş verir.

Son.az publika.az-a istinadən "Qara Qitə"nin qara magiyasını təqdim edir:

Albinos ovu

Albinoslar (sarışın zəncilər, dərisi və saçları sarıya çalanlar) Afrikada ən çox təqib olunan qruplardır. Mərkəzi Afrika ölkələrində bir çox inanclara görə, albinos uşağın doğuluşu çox pis əlamətdir.

Lakin albinos uşağın bədəninin müxtəlif hissələrindən və orqanlarından sehrdə, eləcə də müalicədə istifadə etmək mümkündür. Albinosların orqanları daha çox Keniya, Konqo və Tanzaniyanın ara həkimləri tərəfindən istifadə olunur. Öldürülmüş albinosun müxtəlif orqanlarının qiyməti ayrı-ayrılıqda 1000 dollardır. Bütöv bədən isə 75 min dollara qədərdir. Albinos zəncilərin cinsiyyət orqanına daha çox təlabat var. Buna səbəb QİÇS xəstəliyidir. Mövhumata görə, qurudulmuş cinsiyyət orqanını yeyən QİÇS xəstəsi bundan xilas ola bilər.

Albinos ovçuları uzun müddət cəzasız qalırdılar. Onların qurbanları haqqında "itkin" elanları çıxırdı. Tanzaniyada hökumət bununla bağlı cinayət işini ilk dəfə 2009-cu ildə açdı. Qatilləri asdılar. Bundan sonra ovçular öz qurbanlarını öldürmür, əvəzində əzalarını kəsməyə başladılar. Əgər məhkəmə qarşısına çıxsalar, onları ağır işgəncə və 5 ildən 8 ilə qədər həbs cəzası gözləyir. Ötən il Tanzaniyada altı yaşlı albinos uşağın əlini kəsdilər. Hücum edənlərin arasında oğlanın atası da var idi.

Albinos uşaqları qorumaq üçün xüsusi internatlar fəaliyyət göstərir. Lakin bu, onları həmişə hücumdan xilas etmir. Bəzən mühafizəçilər rüşvət qarşılığında ovçuların uşaqları oğurlamağına şərait yaradırlar.

Yandırılan körpələr

"Qara Qitə"nin dəhşətləri bununla bitmir. Ənənələrə görə, uşaq doğulan vaxt ana ölürsə, yeni doğulmuş körpə lənətlənmiş hesab olunur. Hesab olunur ki, bu uşaqlar bədbəxtliyin əlamətidir, buna görə də onları öldürmək lazımdır. Bu, fiziki qüsurlu uşaqlara da aiddir. Belə uşaqları ən çox yandırır və ya zəhərləyirlər. Lakin heç vaxt deyilmir ki, körpə öldürülüb. Onlar haqqında danışırlar: "Uşaq valideynlərinin yanına yola düşdü". Qatil isə "onu müşahidə edən" adlandırılır.

Hökumətlər bu qorxunc adətlə mübarizə aparmağa çalışır. Lakin "lənətlənmiş" uşaqlar 15 yaşına qədər sığınacaqlarda qala bilirlər. Onlar daha sonra geri qayıdırlar. İllər keçməsinə baxmayaraq, onlara çıxarılmış ölüm hökmü ləğv olunmur.

Əkizlərdən biri mütləq öldürülür

Madaqaskarda olan tayfalarda isə əkiz uşaqlarla bağlı qəribə mövhumat var. Belə ki, əkiz uşaqların mütləq biri ölməlidir. Mövhumata görə, əkiz uşaqların birgə yaşaması ananı cinlərlə əlaqəyə girməsinə səbəb olur. Son vaxtlar qaydalar bir qədər yumşalıb. Daha onları öldürmürlər. Əkiz uşaqların ilk doğulanı götürülür, ikincisi isə tərk edilir.

Nigeriyada isə belə inam var ki, əkizlər bir-birinə oxşamırsa, onlardan biri tezliklə öləcək. Təriqət rəhbərini aldatmaq üçün valideynlər əkiz uşaqlara eyni paltarları geyindirir, saç düzümlərini bir-birinə oxşadırlar.

Azyaşlı cadugərlər


Xəbərə aid fotolar