Bütün qadın problemləri buradan qaynaqlanır


Digərləri 17 İyn 2018 11:20:00 261 0

Bütün qadın problemləri buradan qaynaqlanır

Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranr.

Rəfiqələr bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzkairə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər.

Son.az publika.az-a istinadən məşhur psixoloqun ailə münasibətləri və şəxsi problemlərin həlli ilə bağlı ən yaxşı məsləhətləri ilə tanış edir.

Xoşbəxtlik səndə gizlənib

Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl karyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz.

Qadınlara da seks lazımdır

"Qadınlara seks lazım deyil" fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz.

Ürəkdən istə

Statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb. Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir? Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oyanmır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəkmək lazımdır.

Heç bir norma yoxdur