Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlamenti seçkiləri haqqında danışıb


Digərləri 17 İyn 2018 11:16:54 249 0

Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlamenti seçkiləri haqqında danışıb

Bu gün 60 xarici ölkədə Türkiyə prezidenti və parlamenti seçkilərində səsvermə keçirilir.

Bakı. Rufiq Hafizoğlu - Bu gün 60 xarici ölkədə Türkiyə prezidenti və parlamenti seçkilərində səsvermə keçirilir. Trend-in məlumatına görə, bunu bu gün Bakıda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, Bakı ilə yanaşı səsvermə Türkiyənin Naxçıvanda və Gəncədəki baş konsulluqlarında keçirilir: "Bakıda 5200-dən çox, Naxçıvanda - 600-dan çox, Gəncədə isə 200-dən çox seçinin səs verəcəyi gözlənilir". Özoral həmçinin bildirib ki, Azərbaycan ərazisində seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanacaq. Qeyd edək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər. Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin