Manchester United De Xea ilə razılığa gəldi


İdman 17 İyn 2018 11:08:00 279 0

Manchester United De Xea ilə razılığa gəldi

İspaniya millisinin qapıçısı David de Xea Manchester United-lə yeni müqavilə imzalayacaq. Goal.az xəbər verir ki, 27 yaşlı qolkiper 5 il üçün nəzərdə tutulan anlaşmaya razılıq verib. De Xeanın cari müqaviləsi 2019-cu ilin yayında başa çatmalıdır. Ona Real Madrid-in maraq göstərdiyi deyilirdi.

David 2011-ci ildə Atletico Madrid-dən "manikunianlar"ın heyətinə qoşulmuşdu. O, geridə qalan mövsümdə 46 dəfə "qırmızı şeytanlar"ın qapısını qoruyub. De Xea İngiltərə Premyer Liqasında son mövsümün rəmzi komandasına salınmış və növbəti dəfə "Qızıl əlcək" mükafatına sahib çıxmışdı.