Messi: "Qələbə qazanmaq üçün şansdan istifadə etmədim"


İdman 17 İyn 2018 10:49:00 320 0

Messi: "Qələbə qazanmaq üçün şansdan istifadə etmədim"

Argentina 2018-ci il dünya çempionatında ilk matçını debütant İslandiya millisinə qarşı keçirib. Skandinaviyalıların ciddi müqaviməti ilə üzləşən "albiceleste" meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. Matçın ən yadda qalan epizodlarından biri Lionel Messinin rəqib qapısına təyin olunan penaltidən yararlanmaması olub. Goal.az xəbər verir ki, ulduz futbolçu daha sonra oyunla bağlı təəssüratlarını bölüşüb.

"Qalib gəlmək istəyirdik, lakin alınmadı. Erkən qolu vurduq, amma islandlar hesabı bərabərləşdirdilər. İslandiya müdafiədə sıx dayanmışdı. Onu keçmək və sərbəst məkan əldə etmək çətin idi. Bizdə qələbə qazanmaq üçün şans vardı, lakin mən ondan istifadə etmədim. Qalibiyyəti haqq edirdik. İndi dincəlməyə və növbəti oyuna hazırlığı davam etdirməyə vaxt var. Bu, dünya çempionatıdır. Burda heç kim heç kimə hədiyyə etmir".