Bakıda 3 otaqlı, Beyləqanda 8 otaqlı ev yandı


Digərləri 17 İyn 2018 10:13:23 273 0

Bakıda 3 otaqlı, Beyləqanda 8 otaqlı ev yandı

Bakı və Beyləqan şəhərlərində yaşayış evlərində yanğın hadisələri qeydə alınıb.

Son.az-a FHN-dən verilən məlumata əsasən, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Beyləqan şəhərində ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində hamam otağının yanar konstruksiyaları 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.