Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 17 İyn 2018 09:54:00 241 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara çaylarında 40-120, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 373 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 241 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 170 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.