Ərdoğan: "Gələn il Antarktidada elmi tədqiqat bazası açacağıq"


Dünya 17 İyn 2018 09:25:00 229 0

Ərdoğan: "Gələn il Antarktidada elmi tədqiqat bazası açacağıq"

Türkiyə gələn il Antarktidada xüsusi elmi-tədqiqat bazası açacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" səhifəsində bildirib.

"Biz 2019-cu ildə elmi baza quracağıq. Nəticədə Türkiyə Antarktidada elmi qütb stansiyası olan 30 ölkənin siyahısına düşəcək", - deyə Türkiyə liderinin məlumatında bildirilir.