Moskvada avtomobilin piyadalara çırpılması nəticəsində 2 Azərbaycan vətəndaşı yaralanıb VİDEO FOTO


Digərləri 17 İyn 2018 08:36:00 253 0

Moskvada avtomobilin piyadalara çırpılması nəticəsində 2 Azərbaycan vətəndaşı yaralanıb  VİDEO  FOTO

Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır. 

Son.az APA-ya istinadən bildirir ki, son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.

Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı şəxs var.  

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.  


Xəbərə aid foto