Bir ailənin üzvləri avtomobil qəzasına düşüb


Digərləri 17 İyn 2018 08:40:00 242 0

Bir ailənin üzvləri avtomobil qəzasına düşüb

Yevlax ərazisində yağan güclü yağış avtomobil qəzasına səbəb olub.

Son.az report.az-a istinadən bildirir ki, Qaraməmmədli kənd yolunda "Toyota-Prado" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan Razayeva Turanə (2003-cü il təvəllüdlü), Rzayev Zakir (1954-cü il təvəllüdlü) və Rzayeva Pəri (1957-ci il təvəllüdlü) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəyə əraziyə yağan güclü yağış səbəb olub.

Faktla bağlı araşdırma aparılır.