Yunanıstan parlamenti Tsipras hökumətinə etimadsızlıq votumunu rədd edib


Dünya 17 İyn 2018 08:29:00 253 0

Yunanıstan parlamenti Tsipras hökumətinə etimadsızlıq votumunu rədd edib

Müxalifət, Aleksis Tsipras başda olmaqla, Yunanıstan hökumətini istefaya göndərə bilməyib. Yunanıstan parlamenti şənbə günü etimadsızlıq votumunu rədd edib.

Son.az Trend-ə istinadən bildirir ki, müxalifət kifayət qədər səs toplaya bilmədi. Yunanıstan Kommunist Partiyası səsvermədə iştirak etmədi. Səsvermənin nəticələri hələ ki rəsmən elan olunmayıb.