Şimali Koreyanın yayım şirkəti oğurlanmış yaponiyalılar məsələsinin tənzimləndiyini bəyan edib


Dünya 17 İyn 2018 03:30:00 336 0

Şimali Koreyanın yayım şirkəti oğurlanmış yaponiyalılar məsələsinin tənzimləndiyini bəyan edib

Şimali Koreyanın dövlət radiosunda yayımlanan verilişdə bəyan edilib ki, oğurlanmış yaponiyalı vətəndaşlarla bağlı məsələsi həllini tapıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Pxenyan radiosu məlumat yayıb.

Verilişdə Pxenyanın oğurlanan yaponlar barədə əvvəllər də mövcud olan mövqeyi bir daha təsdiqini tapıb. Vurğulanır ki, Şimali Koreyanın qənaətinə görə, Yaponiya artıq həll edilmiş məsələni təkrar qaldırmaqla müəyyən üstünlük qazanmaq istəyir.