Qəlb nədir?


Digərləri 16 İyn 2018 23:40:00 684 0

Qəlb nədir?

Qəlb sözü qəlib deməkdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Yer əhlindən Uca Allaha məxsus olan qablar vardır. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır".

Sağlam və xəstə qəlblər Son.az zikr.az-a istinadən bildirir ki, qəlblər sağlam və xəstə olmaqla iki qismə bölünür. Sağlam qəlb Allahın təkliyini qəbul edən, Ona iman gətirən, Onun itaətinə can atan və günahlardan təmizlənən qəlbdir. Məhz bu qəlbin sahibi Qiyamət günü nicat tapacaqdır. Uca Allah buyurur: "O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!" (əş-Şüəra, 88-89). Xəstə qəlb isə sağlam qəlbin tam əksinə olan qəlbdir. Həmçinin, bu, daxilində şəkk-şübhə və haramlara düşkün olan qəlbdir. Qəlb sağlamlığına qəlbi təmizləməklə nail olmaq olar. Qəlbi təmizləmək isə Allahın buyurduqlarını yerinə yetirmək və qadağalarından çəkinməklə mümkündür. Peyğəmbər demişdir: "Həqiqətən, hər bir şeyin təmizləyicisi vardır. Qəlblərin təmiz­ləyicisi isə Uca Allahı zikr etməkdir. Allahı zikr etməkdən də Allahın əzabından daha çox xilas edən başqa bir şey yoxdur". Dedilər: "Allah yolunda cihad etməkdən də?" O buyurdu: "Cihad etməkdən də, yalnız öldürülənə qədər qılıncı ilə döyüşən istisnadır".

Məxmum qəlb nədir? Abdullah ibn Amr rəvayət edir ki, Allah Elçisindən soruşdular: "Hansı insan ən fəzilətlidir?" O buyurdu: "Məxmum qəlbli və düz danışan mömin". Dedilər: "Düz danışanı bilirik, bəs "məxmum qəlbli" nədir?" Allah Elçisi - sallallahu aleyhi və səlləm - buyurdu: "Allah­dan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə də həsəd olma­yan qəlbdir". (İbn Məcə, 4216).