İlyas Yalçıntaşın Bakı konserti fiaskoya uğradı –


Şou-biznes 16 İyn 2018 23:00:00 306 0

İlyas Yalçıntaşın Bakı konserti fiaskoya uğradı –

Türkiyəli müğənni İlyas Yalçıntaş paytaxtımızın qonağıdır. O, Asif Hüseynovun təşkilatçılığı ilə istirahət mərkəzlərindən birində konsert proqramı ilə çıxış edir. Konsert başlamamışdan öncə təşkilatçılığın qeyri-peşəkarlığı özünü göstərib. Belə ki, saat 15:00-da mətbuat konfransı təşkil olunub, amma ifaçı jurnalistlərlə görüşə gəlməyib. Media nümayəndələrə bildirilib ki, ifaçı yatıb, oyada bilməz. İş bununla bitməyib.

Son.az musavat.com-a istinadən bildirir ki, konsertin aşağı səviyyədə olması məkana daxil olan andan hiss olunub. VİP adlandırılan yer səhnədən o qədər uzaqda yerləşirdi ki, orada ifa edən sənətçini görmək demək olar ki, qeyri -mümkündür. Yer üstündə yaşanan münaqişələri isə saymaqla bitmir. Media üçün ayrılan yerdə mühafizələrin mini ətəkdə olan xanımları əyləşdirməsi isə təşkilatçılığın "yüksək" səviyyəsinin bariz nümunəsi idi.

Bilet alan xanımlardan biri etiraz olaraq uşaqlar üçün olan atraksionun üzərinə çıxıb. Mühafizənin müdaxiləsinə baxmayaraq sözügedən xanımı uzun müddət oradan endirmək mümkün olmayıb.

Bilet alan insanların tam yarısı isə məkanda yer olmadığı üçün içəri buraxılmayəb.  Qadınlardan bii deyib ki, 11 bilet alıb, amma içəri buralmır.


Xəbərə aid fotolar