Yevlaxda avtomobil piyadanı vurub


Digərləri 16 İyn 2018 22:36:00 211 0

Yevlaxda avtomobil piyadanı vurub

Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Küçədə 50-55 yaşlı kişi yolu keçmək istəyən zaman avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.