Təvazökarlıq haqqında


Digərləri 16 İyn 2018 21:55:00 294 0

Təvazökarlıq haqqında

Uca Allah insanlara təvazökar olmağı buyurur. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: "Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın". (Əbu Davud, 4250). Uca Allah Onun xatirinə təvazökar olanları ucaldacağını vəd edir. Ömər demişdir: "Peyğəmbər ovcunu yerə tərəf yaxınlaşdıraraq dedi: "Uca Allah buyurur: "Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram". Pey­ğəmbər bunu deyərək ovcunu səmaya qaldırdı". Son.az zikr.az-a istinadən bildirir ki, Allah Elçisi de­miş­dir: "Sədəqə vermək malı əskiltməz. Bağışlayan oldu­ğuna görə Allah qulunun izzə­ti­ni artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah onu ucaldar". (Muslim, 2588). Allah təvazökar olanların hikmətini artırar. Allah Elçisi demişdir: "Elə bir Adəm oğlu yoxdur ki, onun başında olan hikmət bir mələyin əlində olmasın. O, təvazökar olduqda mələyə belə deyilir: "Onun hikmətini artır!" O, təkəbbürlük etdikdə isə mələyə belə deyilir: "Onun hikmətini burax!"