Bu ağrıkəsicilərin əks təsirləri aşkarlandı


Digərləri 16 İyn 2018 21:20:00 260 0

Bu ağrıkəsicilərin əks təsirləri aşkarlandı

Bəzi ağrıkəsicilərin insan sağlamlığı üçün həddindən çox təhlükəsi aşkarlanıb.   Son.az medicina.az-a istinadən bildirir ki, Tayvandlı bioloqlar ağrıkəsicilərlə bağlı araşdırmalar aparıblar.   Tədqiqatda  56 min insan iştirak edib. Nəticədə ibuprofen, diklofenak, naproksen, selekoksiba, mefamin turşusunun daha çox əks təsirləri aşkarlanıb.

Məlum olub ki, ibuprofen hər 305 nəfərdən birində ürək çatışmazlığına yol açır. Selekoksibin qəbulu zamanı isə hər 105 nəfərdən birində anoloji fəsad izlənilib.

Statistika göstərir ki, diklofenakın qəbulu  hər 245 nəfərdən birində insult və ya ürək çatışmazlığına səbəb olur. Naproksendə isə analoji təsirlər  1/214  nisbətində olub.