İstirahətə gedənlər bu xəbərə mütləq baxsın VİDEO


Digərləri 16 İyn 2018 21:12:00 321 0

İstirahətə gedənlər bu xəbərə mütləq baxsın  VİDEO

Şəhərdə yaşayan insanlar yay aylarında səs-küydən uzaq, sakit, yaşıl guşədə istirahət etmək üçün təmiz havası olan kənd evlərinə daha çox üstünlük verirlər. Turizmin müxtəlif növlərinin inkişafı üçün geniş potensiala malik rayonlarda ailə turizmi, "eko" turizm son illərdə inkişaf edir. Bu isə öz növbəsində yüzlərlə ailənin məşğulluğunu təmin etməklə, həyat şəraitinin yaxşılaşmasına təkan verir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, eko turizmin inkişafı üçün hər cür şəraitə malik Zaqatalanın Car kəndində bir çox ailələr evlərini kirayə verir. Ev turizmi ilə məşğul olan bu ailə qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradıb.

Rayona yerli turistlərin gəlişi iyul ayından başlanılır. Ev sahibləri deyir ki, ötən ilə nisbətən bu il qonaqların sayında artım var. İnsanların yaşıl turizmə maraq göstərməsinin səbəblərindən biri də hər cür təbiət nemətlərindən yararlana bilməsidir.

Bir günlük kirayə verilən həyət evlərinə Lənkəranın kəndlərində də tələbat var. Bir günün qiyməti 25-50, bir aylıq qiyməti isə 350 -500 manat arasındadır.


Xəbərə aid video