İdman təzyiq və diabet kimi xəstəliklərin yaranmasının qarşısını alır


Digərləri 16 İyn 2018 21:15:00 332 0

İdman təzyiq və diabet kimi xəstəliklərin yaranmasının qarşısını alır

İdman etmək ürək-damar sistemi, təzyiq və diabet kimi xəstəliklərdən qoruyur, artıq çəkidən xilas olmağa kömək edir, immun sistemini gücləndirir. Sağlamlıq üçün həftədə üç gün 30-35, artıq çəkidən xilas olmaq üçün isə dörd gün 45 dəqiqə idman etmək lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, arıqlamaq üçün hər gün 15-20 dəqiqə idmanla məşğul olmaq vacibdir. Ən idealı isə hər gün orta sürətlə 45-50 dəqiqə qaçmaq kifayətdir. Ağırlıq qaldırmaq isə maddələr mübadiləsini sürətləndirməyə yaxşı təsir göstərir.

Plansız edilən idman xeyirdən çox ziyan verir. Əgər məqsəd artıq kilolardan xilas olmaqdırsa, qaçış və üzgüçülük bu məqsədə çatmaq üçün ən yaxşı vasitədir. İdmanla acqarına məşğul olmaq da məsləhət görülmür.