Türkiyədəki bu vəhşilik məşhurları


Digərləri 16 İyn 2018 20:37:00 311 0

Türkiyədəki bu vəhşilik məşhurları

Sakaryada bala itə dəhşətli işgəncə verib ölümünə səbəb olan şəxs və ya şəxslər Türkiyədə hər kəsi hiddətləndirib. Cəmiyyətin demək olar ki, hər təbəqəsi sosial şəbəkədə hadisəyə kəskin reaksiya göstərib. Dəhşətli hadisə ilə bağlı minlərlə insan tvit yazaraq heyvanlara işgəncə verənlərin həbs edilməsi tələbi ilə çıxış edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, vəhşi hadisəyə reaksiya göstərənlərdən biri də aktrisa Dilan Çiçək Dəniz olub.

Aktrisa Sakaryada dörd pəncəsi və quyruğu kəsilmiş halda tapılan və əməliyyat zamanı ölən it haqqında bunları yazıb:

"Heç şeir oxumamış kimi pissiniz. Bir itin başını sığallamamış kimi, bayram şəkəri paylamayan, uşaqla uşaq olmaış kimi pissiniz".

Aktyor Şahab Gökbakar isə #heyvanlaraşiddətəson həştəqi altında "Qorxma, orda kimsə əllərini və ayaqlarını balta ilə kəsməyəcək. İstədiyin kimi qaçıb oynayacaqsan. Rahat, uyu dostum" yazıb.


Xəbərə aid fotolar