Hər kişinin arzuladığı 14 ən cazibəli


Digərləri 16 İyn 2018 20:29:00 268 0

Hər kişinin arzuladığı 14 ən cazibəli

Maddi baxımdan qadının kişidən asılı olması stereotipi dünyada artıq çoxdan dağılıb. Müasir dünyada bir çox xanımlar öz peşəsində nəzərəçarpacaq nəticələr əldə edərək böyük pullar qazana bilir.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu qadınlar təkcə iti ağlı ilə deyil, həm də gözəlliyi ilə seçilir.

1. Şarlotta Kaziraqi - 5,7 milyard dollar

30 yaşlı Şarlotta Kaziraqi 5,7 milyard dollarlıq sərvətə sahibdir. O, İtaliyanın mərhum sənaye sahibi Stefano Kaziraqi və Monako şahzadəsi Karolinanin ikinci övladıdır. Şarlotta Monako taxt-tacının səkkizinci varisidir.

2. Mari Besne-Byuvalo - 2,5 milyard dollar

35 yaşlı Mari Besne-Byuvalo iki qardaşı ilə birlikdə Avropanın ən iri süd məhsulları istehsalçısı olan "Lactalis" fransız süd şirkətinə rəhbərlik edir.

3. Perenna Key - 1,3 milyard dollar

24 yaşlı Perenne Key Honkonqda daşınmaz əmlakın satışı ilə məşğul olan sahibkar ailəsində anadan olub. Qız da valideynlərinin yolu ilə gedib. O, hazırda "Logan Property Holdings" şirkətində səhmlərin 85% -inin sahibi və oranın direktorudur.

4. Sara Bleykli - 1 milyard dollar

45 yaşlı Sara alt paltarı istehsalı ilə məşğul olan "Spanx" şirkətinin yaradıcısıdır. Sərvəti 1 milyard dollardır.

5. Aerin Lauder - 1,85 milyard dollar

"Este Lauder" kosmetika korporasiyasının banisinin nəvəsi də ailə biznesinə qoşulmaq qərarına gəlib. Hazırda 1 milyard dollar dəyərində qiymətləndirilən şirkətin səhmlərinin 16 milyonu Aerinə məxsusdur.

6. Tamara Ekklstoun - 3,6 milyard dollar

Tamara "Formula -1"-in sahibi, ingilis milyarder Berni Ekklstounun qızıdır.

7. Dilan Loren - 4,7 milyard dollar

Amerikalı dizayner Ralf Lorenin qızı atasının yolu ilə getməyib. O, Nyu-Yorkda dünyanın ən iri şirniyyat mağazasını açıb.