Avstraliya "Huawei"dən şübhələnir


Digərləri 16 İyn 2018 20:15:00 275 0

Avstraliya "Huawei"dən şübhələnir

Çinin "Huawei" şirkəti Avstraliyanın 5G telekommunikasiya şəbəkəsi yaradılmasına dair federal proqramına buraxılmayacaq.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Australian Financial Review" nəşri məlumat yayıb.

Baş nazir Malkolm Törnbull yaxın günlərdə bu barədə qərarı elan etməlidir. Çoxsaylı mənbələr bildirir ki, Avstraliya kəşfiyyatı "Huawei" ilə Çin hökuməti arasındakı əlaqələrə şübhə ilə yanaşır və bu şirkətin ölkədə 5G ilə bağlı tenderlərə buraxılmasına qarşı çıxır.

"Huawei" Avstraliyada çoxdan işləyir. Lakin şirkətə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunub. "Huawei" smartfonları ölkədə sərbəst satılsa da, hökumət genişzolaqlı internetin yaradılmasında Çin şirkətinin avadanlıqlarından istifadə olunmasını qadağan edib.