17 evdən oğurluq edən şəxs tutulub


Digərləri 16 İyn 2018 19:29:00 218 0

17 evdən oğurluq edən şəxs tutulub

Abşeronda Asif Ağayev adlı şəxs oğurluq etdiyinə görə tutulub.

Son.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən oğurluq etdiyi müəyyənləşib.

A.Ağayevin ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət, geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib