Güclü sel QubaXınalıq yolunda maşını dərəyə aşırıb FOTO


Digərləri 16 İyn 2018 19:23:00 295 0

Güclü sel QubaXınalıq yolunda maşını dərəyə aşırıb  FOTO

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.


Xəbərə aid fotolar