Bakıda liftdə qalan 11 nəfər xilas edilib


Digərləri 16 İyn 2018 19:24:00 244 0

Bakıda liftdə qalan 11 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 6 nəfər, Nizami rayonunda 4 nəfər və Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Son.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyatlar başa çatıb.