Futbol sevgisinə həbsxana belə mane ola bilmədi


İdman 16 İyn 2018 18:37:00 337 0

Futbol sevgisinə həbsxana belə mane ola bilmədi

Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva ölkəsini milli komandasının oyununu həbsxanadan şərh edəcək. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, korrupsiyada günahkar bildindiyi üçün 12 il müddətinə azadlıqdan məhrum edilən keçmiş dövlət başçısı yerli TVT kanalı üçün çalışacaq. Onun matç zamanı yazılı şəkildə göndərəcəyi fikirləri tamaşaçılara oxunacaq.

Braziliya millisi ilk oyununu iyunun 17-də İsveçrə yığmasına qarşı keçirəcək. Luis İnasiu Lula da Silva Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüş zamanı iş başında olacaq.