Heydər Əliyev Fondu Gürcüstanın Qardabani rayonunun sakinlərinə təcili tibbi yardım avtomobili hədiyyə edib


Digərləri 16 İyn 2018 18:21:00 452 0

Heydər Əliyev Fondu Gürcüstanın Qardabani rayonunun sakinlərinə təcili tibbi yardım avtomobili hədiyyə edib

Gürcüstanın Qardabani rayonunda yaşayan azərbaycanlılara Heydər Əliyev Fondunun hədiyyəsi olan yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili təqdim edilib.

Son.az bildirir ki, bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Hədiyyəni qonşu ölkədə rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib.

Komitə sədri rayonda yaşayan soydaşlarımızın qayğıları ilə də maraqlanıb.

İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya, hədiyyəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq ediblər.


Xəbərə aid foto