Neymar Barcelona-ya qayıtmaq üçün xəbər göndərib


İdman 16 İyn 2018 18:05:00 268 0

Neymar Barcelona-ya qayıtmaq üçün xəbər göndərib

Ötən yay rekord məbləğə PSG-yə keçən Neymar sabiq klubu Barcelona-ya dönmək istəyir. Goal.az “Marca”ya istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçu artıq kataloniyalılarla əlaqə saxlayıb və onun transferi üçün danışıqlara başlanılmasını istəyib. Neymar Atletico-nun forvardı Antuan Qrizmannın Barcelona-ya keçidinin baş tutmadığı üçün bu addımı atıb. Karyerasını Fransada davam etdirmək istəməyən Neymarın xidmətində Real Madrid də maraqlıdır. Neymar 2013 – 2017-ci illərdə Barcelona-nın formasını geyinib.