"7 Gözəl Beauty Fashion Show 2018" adlı gecə keçirildi FOTO


Digərləri 16 İyn 2018 17:14:00 327 0

"7 Gözəl Beauty Fashion Show 2018" adlı gecə keçirildi  FOTO

Elite Event Hall da Pi Group production-un təşkilatçılığı ilə "7 Gözəl Beauty Fashion Show 2" və "7 Gözəl Beauty Fashion Awards 2018" adlı gecə keçirildi.

Tədbirdə 2018-ci ildə dəbdə olan gəlinlik və ziyafət geyimləri, makiyaj və saç düzümləri nümayiş olunub. "7 Gözəl Beauty Fashion Show 2" açılışı fayton, retro və lüks avtomobillərin şousu ilə başlamışdır. Tədbirdə, həmçinin uşaqlar podiumda adlı şou tamaşaçılara təqdim olunmuşdur. Gecənin müğənni qonaqları Murad Arif, Ayaz Babayev, Sura İskəndərli, Pərviz Abdullayev, Pərvanə Talıbzade, Dj Roshka, Rəqqasə Aygün Makuşla, Nero dance, Azəri Ateşi rəqs qrupu çıxış etmişlər. Gecənin aparıcısı Zümrüd Qasımova olmuşdur. Qonaqlara qeyri-adi şirniyyatları tamaşaçılara təqdim olundu.

Layihənin rəhbəri - İsmayıl Qasımov. Layihənin ideya və ssenarisi - Pərvanə Məmmədova. Foto - Vasif Muradbəyli İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az