Tebas PSG-nin cəzalandırılmasında israrlıdır


İdman 16 İyn 2018 16:37:00 244 0

Tebas PSG-nin cəzalandırılmasında israrlıdır

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSG-nin "Financial fair play" qaydalarını pozmağa görə cəza almamasına münasibət bildirib. Goal.az xəbər verir ki, ispaniyalı funksioner bunları deyib:

"UEFA-nın bu qərarını daha detallı təhlil etmək lazımdır. Deyərdim ki, bizi çaşqınlığa salırlar. Bu onu göstərir ki, "Financial fair play" faydasızdır. Biz Avropa və İsveçrədə yerləşən müvafiq orqanlarına müraciət edəcəyik".

PSG ötən yay Neymarı 222 milyon avroya transfer etməklə yanaşı, Dani Alveş, Yuri Berçiçi və Kilian Mbappeni də heyətə qatmışdı.