İnfarkt keçirən insanlara kömək edəcək YENİ QURĞU icad edildi


Digərləri 16 İyn 2018 16:28:58 258 0

İnfarkt keçirən insanlara kömək edəcək YENİ QURĞU icad edildi

ABŞ, İrlandiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu infarkt keçirən insanlara kömək edəcək xüsusi qurğu hazırlayıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, "Therepi" adlanan bu cihaz bilavasitə zədələnmiş ürək toxumasına bərkidilir və ürək tutmasından başlayaraq ürək çatışmazlığına aparan prosesə kimi müdaxilə edir.

Məlumata görə, kiçik rezervuar şəklində olan yeni qurğu xəstənin dərisi üzərinə və ya altına xüsusi mexanizmli nazik şlanq vasitəsilə birləşdiriləcək. Onun köməyi ilə isə ürəyə dərman preparatı çatdırılacaq.