Paşinyan istefa verəcək


Dünya 16 İyn 2018 15:50:00 259 0

Paşinyan istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan seçki qanunvericiliyinin qəbulundan sonra istefa verəcəyini bir daha bəyan edib.

Virtualaz.org xəbər verir ki, bu barədə "Jamanak" məlumat yayıb.

"Baş nazir sentyabrda növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Yeni seçki məcəlləsi yaxın günlərdə parlamentin gündəliyinə salınacaq. Yeni məcəllənin qəbulundan sonra Paşinyan istefa verəcək", - qəzet yazıb.