“Maşın” şounu saxtakarlıqda ittiham etmişdi Final gecəsinə çağırılmadı


Şou-biznes 16 İyn 2018 14:43:00 382 0

“Maşın” şounu saxtakarlıqda ittiham etmişdi  Final gecəsinə çağırılmadı

ATV kanalında yayımlanan "Xanımlar və cənablar 2" devizi ilə start götürən "Maşın" realiti şousunun final gecəsi keçirilib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, final gecəsinə şounun iştirakçıları arasında olan ATV kanalının 4 aparıcısı- İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Aytən Səfərova və Günel Hümbətova qatılmayıb.

Aparıcı İlhamə Bədəlova, Aytən Səfərova, Günel Hümbətovanın iştirakçılara etiraz əlaməti olaraq mərasimdə iştirak etmədikləri məlum olub.

Amma şounu ümumi saxtakarlıqda ittiham edən Mətanət Əliverdiyevanın bu dəfə layihənin rəhbəri Murad Dadaşov tərəfindən final gecəsinə dəvət edilmədiyi barədə məlumatlar dolaşır.