Azərbaycan Qızıl Avropa Liqasını 5-ci başa vurdu


İdman 16 İyn 2018 13:36:00 304 0

Azərbaycan Qızıl Avropa Liqasını 5-ci başa vurdu

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasına yekun vurulub. Goal.az xəbər verir ki, yarışın qalibi adını Bolqarıstan yığması qazanıb.

“Dördlər finalı” Macarıstanda keçirilib. Ev sahibli yarımfinalda Çexiya, Bolqarıstan Finlandiya üzərində 3:0 hesablı qələbə qazanıb. Nəticədə finalda Macarıstanla Bolqarıstan üz-üzə gəlib. Qrup mərhələsində Azərbaycan millisini set fərqində qabaqlayıb çıxışını davam etdirən balkanlar bu qarşılaşmada da güclü tərəf olub – 3:0.

Üçüncü yer uğrunda isə Çexiya Finlandiyanı 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, yekun nəticəyə əsasən Bolqarıstan birinci, Portuqaliya sonuncu olub.

Qızıl Avropa Liqası

1. Bolqarıstan

2. Macarıstan

3. Çexiya

4. Finlandiya

5. Azərbaycan

6. Belarus

7. Xorvatiya

8. Ukrayna

9. Slovakiya

10. İspaniya

11. Fransa

12. Portuqaliya