Azərbaycanda ən çox axtarılan musiqilər


Digərləri 16 İyn 2018 12:50:00 333 0

Azərbaycanda ən çox axtarılan musiqilər

Hər gün dünyada yüzlərlə yeni musiqi parçası yayımlanır. Amma onlardan bəziləri hər kəs tərəfindən bəyənilir və trend olur.

Son.az sizi Azərbaycandan Shazam musiqi platformasında 10 ən çox axtarılan parça ilə tanış edir:

1. Orange Blossom - Ya Sidi

Ölkəmizdə maraqla izlənən "Çukur" serialı sezon finalında səslənən "Ya Sidi" parçası ən çox axtarılan parça olub.

2. Nicky Jam x J. Balvin - X

İkinci yerdə amerikan musiqiçi Nicki Cem və kolumbiyalı J.Balvinin ortaq çalışması qərarlaşıb.

3. HammAli & Navai - Пустите меня на танцпол

Rusiyada yaşayan və məşhurlaşan azərbaycanlı musiqiçilər Aleksandr Əliyev(HammAli) və Nəvai Bəkirovun (Navai) "Пустите меня на танцпол" parçası ən çox axtarılan 3-cü musiqidir.

4. Umut Timur ft MRC - Vermedin

Türkiyəli pop musiqiçi Umut Timur və Fransız reper MRC-nin ortaq parçası Türkiyədə olduğu kimi ölkəmizdə də böyük marağa səbəb olub və 4-cu yerdə qərarlaşacaq qədər çox axtarılıb.

5. Arabia - Arabian Trap

5-ci yerdə "Arabian Trap" adlanan parça qərarlaşıb.


Xəbərə aid video