Sahil Babayev: "Gənclərin əmək bazarına çıxış imkanlarına və məşğulluğunun təminatına diqqət artırılacaq" FOTO


Digərləri 16 İyn 2018 12:57:00 370 0

Sahil Babayev: "Gənclərin əmək bazarına çıxış imkanlarına və məşğulluğunun təminatına diqqət artırılacaq"  FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, S.Babayev Milli Qurtuluş günü və Ramazan bayramı münasibəti ilə Mərkəzdə keçirilən tədbirdə iştirak edib, burada peşə reabilitasiyasına cəlb edilmiş sağlamlıq imkanları məhdud gənclərlə görüşüb.

Gəncləri bayram münasibətilə təbrik edərək vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud gənclərə, onların sosial təminatının artırılmasına, cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı göstərilib: "Son 15 ildə Prezident İlham Əliyevin uğurlu sosial inkişaf kursu bu istiqamətdə dövlət siyasətinin daha da güclənməsinə, həmin insanların sosial reabilitasiya və cəmiyyətin həyatında iştirak imkanlarının genişlənməsinə şərait yaradıb".

S.Babayev diqqətə çatdırıb ki, sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, burada yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir: "Burada sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər. Onların mərkəzdə əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə, məşğulluğunun təminatına da diqqət artırılacaq. Eyni zamanda, həmin gənclərin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq".

S.Babayev bildirib ki, sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var: "Siz də daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiz. Biz bu yolda daim sizə yaxından dəstək olacağıq".


Xəbərə aid fotolar