SOCAR ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirlərini açıqladı


Digərləri 16 İyn 2018 13:00:00 245 0

SOCAR ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirlərini açıqladı

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın 2017-ci ildə İsveçrədəki fəaliyyətindən əldə etdiyi gəlirləri 78,63 milyard manat təşkil edib.

Bakı. Maksim Tsurkov - Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın 2017-ci ildə İsveçrədəki fəaliyyətindən əldə etdiyi gəlirləri 78,63 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın maliyyə fəaliyyəti haqqında hesabatda qeyd edilir. Hesabata əsasən, bu göstərici 2016-cı ildə 40,44 milyard manat təşkil edib. SOCAR-ın Türkiyədəki fəaliyyəti çərçivəsində ötən il əldə etdiyi gəlirləri isə 4,925 milyard manat təşkil edib. Qeyd edək ki, 2016-ci ilə bu göstərici 3,48 milyard manat olub. Müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərində gəlirlər 2017-ci ildə 1,32 milyard manat (2016-cı ildə 1,16 milyard manat), Gürcüstanda isə ötən il 1,185 milyard manat (2016-cı ildə 1,05 milyard manat) olub.