Pike: "Ronaldo özünü yerə atmağa meyillidir"


İdman 16 İyn 2018 12:35:00 268 0

Pike: "Ronaldo özünü yerə atmağa meyillidir"

İspaniya millisinin müdafiəçisi Jerar Pike Portuqaliya ilə oyun barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu komandasının qaısına təyin olunan penaltini düzgün hesab etməyib.

"Turnirin ilk oyununda qapına penalti təyin olunur və rəqib hesabda önə keçirsə, nəticəni pis adladırmaq olmaz. Ronaldo özünü yerə atmağa meyillidir. De Xeanın səhvi? Hər kəs bununla üzləşir. Əminəm ki, ən vacib məqamlarda o, görməyə alışdığımız kimi olacaq".