Celtic PSG-nin hücumçusunu transfer edib


İdman 16 İyn 2018 12:12:00 255 0

Celtic PSG-nin hücumçusunu transfer edib

Şotlandiyanın Celtic klubu heyətini PSG-nin hücumçusu ilə gücləndirib. Goal.az xəbər verir ki, Qlazqo təmsilçisi 20 yaşlı Odsonn Eduarla 4 illik müqavilə imzalayıb. Odsonn ötən mövsümü Celtic-də icarə əsasında keçirmişdi. Transfer PSG-yə 10 milyon avro qazandırıb.

Ötən mövsüm klubda 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalan gənc forvard "keltlər"in ardıcıl 7-ci dəfə Şotlandiya çempionu olmasına şahidlik etmişdi.